Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Alnabat kəndində keçirilmişdir

20 noyabr 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını qeyd etmiş və digər sosial məsələlərdən danışaraq, kənd sakinlərinə ətraflı məlumat vermişdir. Bununla yanaşı, görüşdə qarşıda duran vəzifələrdən bəhs edilib, rayonda görülən işlər barədə söhbət açılıb, kənd ərazisində həlli vacib olan bir sıra məsələlələrə toxunulmuşdur.
Yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını qeyd edən sakinlər əvvəlcə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən kənddə yeni elektrik transformatorunun quraşdırılması, yolların təmiri, elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərlə bağlı olmuşdur.
Qəbulda qaldırılan müraciətlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, bəzi müraciətlər yerindəcə həll edilib, bəzilərinin həlli ilə əlaqədar idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib, icrası nəzarətə götürülmüşdür.

Keçidlər