Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda "5" oktyabr Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirilmişdir.

05 oktyabr 2019 | 16:00

Tədbir iştirakçıları öncə Heydər Əliyev  Mərkəzinin qarşısına gələrək Ümummilli Liderin abidəsi önünə tər gül dəstələri düzmüş, onun Azərbaycan təhsilinin inkişafındakı rolunu böyük ehtiramla yad etmişlər.Müəllimlər Gününə həsr edilmiş mərasimdə   Rayon İcra Hakimiyyətinin başçısı   İbrahim Mustafayev rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllimlərimizin rolu əvəzsizdir. Məhz ona görə də cəmiyyətimiz bu şərəfli peşə sahiblərinə böyük hörmətlə yanaşır, əməklərini uca tuturlar. Tədbirin sonunda Gədəbəy RİH başçısı tərəfindən təhsil sahəsində pedaqoji səmərəli fəaliyyətinə görə fərqlənən bir neçə müəllim fəxri fərmanla təltif olunmuşdur.

 

Keçidlər