Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Samanlıq kəndində keçirilmişdir.

22 avqust 2019 | 16:00

Görüşdə Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasının məsul işçisi Orxan Mürsəlov, Hüquq mühafizə orqanlarının və idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etmişlər. Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını qeyd etmiş və digər sosial məsələlərdən danışaraq, kənd sakinlərinə ətraflı məlumat vermişdir. Bununla yanaşı, görüşdə qarşıda duran vəzifələrdən bəhs edilib, rayonda görülən işlər barədə söhbət açılıb, kənd ərazisində həlli vacib olan bir sıra məsələlələrə toxunulmuşdur.
Yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını qeyd edən sakinlər əvvəlcə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən kəndə yolların təmiri və elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərlə bağlı olmuşdur. Qəbulda qaldırılan müraciətlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, bəzi müraciətlər yerindəcə həll edilib, bəzilərinin həlli ilə əlaqədar idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib, icrası nəzarətə götürülmüşdür.
Səsləndirilən müraciətlərə aydınlıq gətirən RİH başçısı hazırda dövlətimiz tərəfindən kəndlər, onların perspektiv hərtərəfli inkişafı ilə bağlı çoxlu sayda proqramların həyata keçirildiyini, mərhələ-mərhələ reallaşdırılan həmin layihələrin bütün kənd yaşayış yerlərini əhatə edəcəyini vurğuladı.
Sonda  Samanlıq kənd sakinləri vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etdilər.

Keçidlər