Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda turizmin inkişafı məqsədilə XVI əsrin tarixi yadigarı olan Koroğlu qalasına Gədəbəy rayon icra hakimiyyətinin təşəbbüsü ilə ilk dəfə yol çəkilib.

22 iyul 2019 | 16:00

Uca dağlar qoynunda yerləşən, səfalı təbiətə və zəngin maddi-tarixi irsə malik  Gədəbəy rayonunda turizmin inkişafı məqsədilə XVI əsrin tarixi yadigarı olan Koroğlu qalasına Gədəbəy rayon icra hakimiyyətinin təşəbbüsü ilə ilk dəfə yol çəkilib. Dağın dibindən qalaya qədər 740 metr yol salınıb. Dağın ətəyi boyunca salınmış yol terraslardan və pilləkənlərdən ibarətdir. Bu məqsədlə qala yolunda 438 pilləkən, həmçinin yüksəkliyə aparan yolun daha da təhlükəsizliyi üçün sürahi - kəndirlər quraşdırılıb.

Keçidlər