Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüş keçirildi.

16 iyul 2019 | 16:00

İyulun 16-da  Gədəbəy Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirildi.
Tədbirdə rayon rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon bölməsinin şəxsi heyəti, valideynlər və KİV mənsubları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində  ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən söz açıb, gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu etmişdir.
Digər çıxış edənlər ordu sıralarından tərxis olunan gəncləri xidməti başa vurmaları münasibətilə təbrik etdilər, gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətinin diqqətdə saxlanılması istiqamətində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulamışlar.

Sonda ordu sıralarından tərxis olunmuş gənclərə hədiyyələr təqdim olunmuşdur.

 

Keçidlər