Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə Səyyar "ASAN xidmət" avtobusu 2019-cu il 01 iyul tarixdən 30 iyul tarixinədək Gədəbəy rayonunda vətəndaşlara xidmət edəcəkdir.

03 iyul 2019 | 16:00

Gəncə Səyyar "ASAN xidmət" avtobusu 2019-cu il  01 iyul tarixdən 30 iyul tarixinədək Gədəbəy Rayonu Heydər Əliyev Mərkəzinin qarşısında vətəndaşlara aşağıdakı sahələr üzrə xidmət göstərir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim etmək, vətəndaşlar üçün əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.
Göstərilən xidmətlər
• Torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi
• “Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər
• Tibb xidməti
• Tərcümə xidməti
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
• Əmək pensiyalarının təyin edilməsi
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
• Notariat fəaliyyəti
Artıq üç gün ərzində 480 nəfər müraciət etmişdir

Keçidlər