Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elşən Xəlilovun təltif olunduğu medal ailəsinə təqdim olunmuşdur

29 iyun 2019 | 16:00

 Azərbaycan Respublikas Prezidenti adından  Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə  Şəhid Xəlilov Elşən Vüqar oğlu ölmündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalla təltif olunmuşdur. Xəlilov Elşən Vüqar oğlunun təltif edildiyi medalın ailəsinə təqdim olunması ilə əlaqədar  tədbir rayonun Heydər Əliyev Mərkəzində keçirilmişdir. 

Gədəby Rayon İcra Hakimiyyətinin başçısı  İbrahim Mustafayev çıxış edərək  Azərbaycan Ordusunun tarixindən danışıb, qeyd edib ki, əsl mütəşəkkil ordunun yaranması, formalaşması Ulu Öndərimizin adı ilə bağlıdır və bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda aparılan uğurlu islahatların  Gədəbəylilər  tərəfindən də həmişə böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan icra başçısı Azərbaycan Ordusu ilə fəxr etdiklərini, ona arxalandıqlarını bildirib.

 

Keçidlər