Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Arabaçı kəndində keçirilmişdir.

12 iyun 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, RİH başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır. RİH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır. Rayon rəhbəri Gədəbəy rayonunda, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını qeyd etmişdir.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, müxtəlif xarakterli təkliflərlə çıxış etmişlər. Onlar kənddə elektrik dayaqlarının yenisi ilə əvəz olunması, iş tələbi və digər məsələlərlə bağlı müraciətlər etmişlər. Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər