Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.

15 fevral 2019 | 16:00

RİH başçısı hesabat məruzəsində qeyd etmişdir ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında baş verən köklü dəyişikliklər, dünya iqtisadi məkanına sürətlə inteqrasiya, iqtisadi quruculuq sahəsində  davamlı makroiqtisadi stabillik və iqtisadi artım vətəndaşlarımızın maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Aparılan aktiv və çevik sosial müdafiə tədbirləri, uğurlu  islahatlar ölkəmizin malik olduğu iqtisadi potensialı reallaşdırmağa, qarşıya qoyulan məqsədlərə, eyni zamanda sabit inkişafa və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda və  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları ilə bağlı konfransda,  ölkə başcısının qeyd etdiyi kimi, ötən il ölkəmiz üçün həqiqətən uğurlu il olmuş, dünyanın müxtəlif bölgələrində xoşagəlməz proseslərin getdiyi, yeni risklərin, yeni təhdidlərin yarandığı, münaqişələrin, qanlı toqquşmaların davam etdiyi, kütləvi etiraz aksiyaları geniş vüsət aldığı mənfi mənzərə fonunda Azərbaycan tərəqqi, sabitlik ölkəsi kimi daha uğurlu  inkişaf göstəricilərinə nail olmuş, ölkədə işgüzar fəallıq daha da yüksəlmiş, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradılmış, mühüm infrastruktur layihələri həyata keçirilmiş, abadlıq-quruculuq işləri  davam etdirilmişdir.
Son 15 il ərzində qəbul edilmiş “Regionların sosisl-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları”nın icra vəziyyətinə nəzər saldıqda bu işlərin həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhər, qəsəbə və kəndlərimizdə  özünü göstərdiyi, Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf edərək, ümumi daxili məhsulun 3,3 dəfə, sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın 24 dəfə artması, son 15 ildə ölkəmizə böyük həcmdə vəsaitin, təxminən 250 milyard dollar sərmayə qoyulması, bu sərmayənin yarısının xarici investisiya olması və xarici investorlar üçün Azərbaycanın çox cəlbedici ölkə kimi qəbul edilməsi ölkəmizin sürətli inkişafının əyani təzahürüdür.
Əldə edilən misilsiz nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurları və milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Möhtətrəm Prezidentimizin sərəncam və tapşırıqları ilə hər bir bölgənin inkişaf strategiyasına uyğun həyata keçirilən və son illər bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ötən il Gədəbəy rayonunda da uğurla davam etdirilmiş, mühüm infrastruktur layihələri icra olunmuş, sosial yönümlü obyektlər tikilib istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.
Belə ki, 2018-ci ildə rayonun ümumi daxili məhsul istehsalının həcmi 550 mln 055,7 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövri ilə  müqayisədə 55 mln 304,4 min manat və ya 11,2 faiz çoxdur.
Rayon üzrə sənaye məhsulu istehsalı  156 milyon 716,2 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 1,5 % olmuşdur.
Nəqliyyat sektorunda 2 milyon 538,1 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % cox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 484,5 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% cox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 29 milyon 117,8 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 69,4 faiz olmuşdur.İnvestisiyaların 27 milyon 919,4 min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 67,7 faiz çoxdur.
İstehlak və xidmət bazarlarında əhaliyə 254 milyon 484,3 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  212 milyon 440,9 min  manata, pullu xidmətlərin  həcmi 42 milyon 43,4 min manata çatdırılmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 3,2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 16,5 fazi kənd təsərrüfatı bazarları, 80,3 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2017-ci illə müqayisədə 8,0 faizi çoxalaraq 441,7 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı 3 dəfə artaraq  878,6 manat təşkil etmişdir.
Ümumi daxili məhsul istehsalında 28,5 faiz sənayenin, 25,7 faiz kənd təsərrüfatının, 5,3 faiz tikintinin, 40,0 faiz ticarətin, 0,5 faiz isə nəqliyyat və rabitənin payına düşmüşdür.
Ümumi daxili məhsul istehsalına daxil olan məhsulların istehsalında ötən illə müqayisədə 41 mln 215,9 min manat və ya 14,4 faiz, xidmətlərin göstərilməsində isə 14 mln 088,5 min manat və ya 6,7 faiz artım qeydə alınmışdır.
Son on beş il ərzində Gədəbəy rayonunda 15 min 414 yeni iş yerləri açılmışdır ki,onlardan 665 –i daimi olmaqla 1313 -ü ötən ilin payına düşür. Bunlardan 303-ü yeni yaradılmış müəssisə və təşkilatlar, 107-si mövcud müəssisə və təşkilatlar, 255-i isə fiziki şəxslər tərəfindən, 49-u investisiyalar hesabına, 648-i digər hallarda yaradılmışdır.
2018-ci ildə Gədəbəy rayon büdcəsinin yerli gəlirlər üzrə mədaxili ümumilikdə 4 mln 750,0 min manat proqnoz plana qarşı 5 mln 970,0 min manat və ya 125,7 faizi olmaqla 1 mln 220,0 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 586,1 min manat çox yerinə yetirilmişdir. Hesabat ilində 7 tədiyyə növü üzrə proqnoz planlar artıqlaması ilə, 3 tədiyyə növü üzrə cəmi 169,3 min manat, fiziki şəxslərdən gəlir vergisi 105,4 min manat və ya 3,9 faiz, sadələşmiş vergi 59,6 min manat və ya 13,0 faiz və dövlət torpaqlarının icarəyə verilməsindən daxilomalar 4,2 min manat və ya 21,2 faiz kəsirlə yerinə yetirilmişdir. Büdcənin xərcləri 92,3 faiz və ya 803,2 min manat az yerinə yetirilmiş, artıq və qanunsuz xərclərə yol verilməmişdir.Hesabat dövründə rayon üzrə orta aylıq əmək haqqı 441,8 manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 3,7 faiz çoxdur.
Hörmətli yığıncaq iştirakçıları !
2018-ci ildə Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilmişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonumuzun inkişafını təmin edən 17 tədbirin icrası ilə bağlı mühüm layihələr həyata keçirilmişdir. Gədəbəy şəhərinin abadlaşdırılması işləri çərçivəsində yol kənarlarında səkilər çəkilmiş, istinad divarları üzlük daşla üzlənmiş, küçələr işıqlandırılmışdır. Şəhərin Bakı, M.Hüseynzadə, Qarabağ, Səməd bəy Mehmandarov, Cavanşir Abdullayev və M.Ə.Sabir küçələrində asfaltlaşdırma işləri aparılmış, N.Nərimanov, Zərifə Əliyeva, 20 Yanvar, Qoşqar Əhmədli və Dilarə Əliyeva küçələrində işıqlandırma sistemi quraşdırılmışdır. M.Ə. Rəsulzadə və S.Vurğun küçələrində istinad divarları üzlənmiş, suötürücü kanallar çəkilmiş, Xəlil Haqverdiyev və Mir Cəlal Paşayev küçələrində kommunal binalar təmir edilmişdir. Hal-hazırda isə S.Vurğun küçəsinin yenidən qurulması istiqamətində işlər aparılır. Burada yerləşən ticarət obyektləri yeni dizaynda təmir edilmiş, səkilər quraşdırılmış, yüksək gərginlikli elektrik xətləri yeraltına keçirilmişdir. Şəhərin Vahid Rüstəmov küçəsində polis əməkdaşları üçün 2 mərtəbəli 10 mənzilli yaşayış binası tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası davam etdirilmiş, rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 2400,0 min manat investisiya cəlb edilmişdir.
2018-ci ildə Gədəbəy şəhərində illik istehsal gücü 5 min ton olan çörək bişirmə müəssisəsi fəaliyyətə başlamış və burada 7 nəfər işlə təmin olunmuşdur. Rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikinitisi davam etdirilir.
Qeyd etmək istərdim ki, rayonda iş adamlarına və investisya yatırmaq istəyən sahibkarlara  bütün zəruri şərait yaradılmış, təkliflərini və onları narahat edən məsələləri  dinləmək üçün 8 noyabr 2018-ci il tarixdə iş adamları ilə görüş keçirilmişdir. 2019-cu il ərzində davam edəcək və yeni cəlb ediləcək layihələr hesabına rayonumuza beş milyon manatdan çox investisiya cəlb edilməsi nəzərdə tutulur.
Rayonun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilmiş və müvafiq köməkliklər göstərilmişdir. 2018-ci il ərzində rayonda ümumilikdə əkin aparılmış 13 min 793,8 hektarda 11 min 810 hektar kartof, 1585,3 hektar buğda, 94 hektar arpa, 240 hektar kələm, 18 hektar yerkökü, 10 hektar qarğıdalı, 36,5 hektar digər tərəvəz məhsulları əkilmişdir.
Sahələrdən 126 min 367 ton kartof, 4 min 375 ton buğda, 188 ton arpa, 43 ton qarğıdalı, 3 min 360 ton kələm, 252 ton yerkökü və 408,2 ton digər tərəvəz məhsulları yığılmış, orta məhsuldarlıq hər hektara kartof, buğda və tərəvəz sahəsində məhsuldarlıq müvafiq olaraq 107, 27,6 və 143,1 sentner təşkil etmişdir. Kənd təsərrüfatı məhsullarının becərilməsi zamanı işləyənlərin sayı 37 min 109 nəfər olmuşdur. 2019-cu ilin məhsulu üçün 1774,6 hektar payızlıq taxıl (1725,6 hektar buğda, 49 hektar arpa) və 14 hektar yonca səpini aparılmaqla ümumilkdə 1788,6 hektar sahədə əkin aparılmışdır.Kənd təsərrüfatı texniklalarının çatışmaması məhsul yığımı zamanı ciddi problemlər yaratmışdır.Xüsusilə taxıl biçini zamanı belə halın yaşanması məhsul istehsalçılarının haqlı narazılığına və məhsul itkisinə səbəb olmuşdur.Hesabat ilində İribuynuzlu mal-qaranın baş sayı 48 min 812 baş, qoyun və keçilərin baş sayı 243 min 452 baş olmuş, diri çəkidə 67,1 min sentner ət, 504,0 min sentner süd və 6,1 min sentner yun istehsal edilmişdir.

2018-ci ildə rayonda 2360 hektar əkin sahəsinin becərilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağları alınmasına görə dövlət büdcəsinin vəsaiti hesabına 157 min 908 manat subsidiya verilmiş, 220 ton mineral gübrə 70 faiz güzəştli qiymətlərlə satılmışdır.
Hesabat ilində 9074 arı ailəsinə görə 747 arıçıya 90 min 740 manat subsidiya hesablanaraq ödənilmiş, 05 oktybar 2018-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş bal yarmarkasına 7 nəfər arıçının istehsal etdiyi 2410 kq süzmə bal, 80 ədəd çərçivə, 6 kq çiçək tozu və 4,5 kq vərəmum satışa göndərilmişdir.2018-ci il ərzində 20 bələdiyyə üzrə ümumilikdə 81 km yol təmir edilmiş, 150 min 163 manat vergi yığılmışdır ki, bu hər bələdiyyə üzrə ildə orta hesabla 7,5 min manat təşkil etmişdir. Movcud imkanlara  görə bu rəqəm hər bələdiyyə üzrə ildə orta hesabla 25,0 min manat olmaqla il ərzində 500,0 min manat təşkil edə bilər.2018-ci il ərzində əhalinin sosial təminat məsələləri, bu sahədə şəffalığın və ədalətliliyin təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsində 16 min 37 nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, onlardan 8558 nəfəri və ya 53,3 faizi yaşa görə, 6283 nəfəri və ya 39,2 faizi əlilliyə görə, 1196 nəfəri və ya 7,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

Ötən il sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqqı hesabına 2 mln.115,9 min manat vəsait toplanaraq plan proqnoza 88,9 faiz əməl olunmuşdur. Hesabat ilində 6531 ədəd müavinət və təqaüd hərəkətdə olmuş, rayon üzrə pensiya və müavinətlərin ödənilməsi üçün daxil olmuş 6021,2 min manat vəsait hər ay vaxtında pensiyaçıların plastik kartlarına köçürülmüş və bu işlər daim nəzarətdə saxlanılmışdır. Pensiya və ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər barədə əhalinin maarifləndirilməsi işinin gücləndirilməsi DSMF-nun rayon şöbəsinə tapşırılmışdır. 
2018-ci ildə də əhalinin məşğulluğunun artırılmasına yönəlmiş tədbirlər davam etdirlmişdir. Ötən il Gədəbəy rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1218 nəfər müraciət etmişdir. Onlardan 529 nəfəri və ya 43,4 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin  edilmişdir. İşlə  təmin  olunanların  227 nəfəri və ya 43,0 faizi  qadınlar, 119 nəfəri və ya 22,5 faizi gənclərdir. Hesabat ilinin sonuna qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların sayı 1547 nəfər olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında ” 7 aprel 2016-cı il tarixli Sərancamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşlar 3 mərhələli təlimlərdən işitrak etmiş, onlardan 96 nəfəri təlimləri uğurla başa vurmuş və il ərzində 49 nəfər aktivlərlə təmin olunmuşdur.2018-cı ildə əhaliyə 1 mərkəzi, 31 kənd poçt şöbəsi, 1 agentlik və 25 elektron avtomat telefon stansiyası vasitəsilə rabitə xidməti göstərilmişdir. Rayon üzrə telefon çəkilişi ötən illə müqayisədə 34 ədəd və ya 13,0 faiz çox olmuş, geniş zolaqlı internet istifadəçilərinin sayı 505 nəfər artaraq 2895 abonentə çatmışdır. Rayon Telekommunikasiya qovşağı tərəfindən plan proqnoz 34,2 min manat və ya 6,2 faiz çox yerinə yetirilmişdir. 

Hesabat ilində əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı 10 kv-luq  Ərtəpə, Nəriman, Novoivanovka, Arıqdam, Miskinli, Şəkərbəy, Alnabat, Böyük Qaramurad, Novosaratovka, KRS, Hacılar, Slavyanka hava xətlərində 22,7 km, Gədəbəy şəhərində, Qoşabulaq, Çanaqçı, Hacıələkbərli, Totuqlu, Qaraməmmədli, Prakənd, Leşkər, Köhnəkənd, Arıqıran, Əyrivəng, Kərimli, İnəkboğan və Söyüdlü kəndlərində 0,4 kv-luq hava xətlərində 38,5 km məsafədə əsaslı və cari təmir işləri aparılmış, cəmi 461 ədəd yararsız 10 və 0,4 kv dayaq yeni metal dayaqlarla əvəz olunmuşdur. 35 kv-luq Gədəbəy-Novosaratovka Hava Xəttinin şəhər ərazisindən çıxarılaraq yeni trassa üzrə tikintisi davam etmişdir. Qızıl Aypara cəmiyyətinin dəstəyi ilə Mormor, Zamanlı, Arabaçı, Qaravəlilər, Əyridərə, Sonalar, Hacılar və Göyəlli kəndlərində 1129 ədəd dayaq və 33,8 km naqil yeni SİP-lə əvəz edilmiş, hal-hazırda şəbəkə tərəfindən Parakənd və Səbətkeçməz kəndlərində SİP dayaqların quraşdırılıması davam edir.2018-ci ildə Şəmkir Regional Qaz İstismarı idarəsinin Gədəbəy Xidmət sahəsi tərəfindən 12 min 072 abonentə xidmət göstərilmiş, illik ödəniş 93,4 faiz təşkil etmişdir. Ötən il 21-i dövlət vəsaiti, 1-i isə kənd sakinlərinin təşəbbüsü ilə olmaqla cəmi 22 yaşayış məntəqəsində 2103 abonent təbi qazla təmin edilmiş, hal-hazırda rayonun yaşayış məntəqələri üzrə qazlaşmanın səviyyəsi 58 faiz və ya 63 yaşayış məntəqəsi təşkil edir. Bu il rayonun daha bir neçə yaşayış məntəqəsinin təbii qazla təchiz edilməsi nəzərdə tutulur.

2018-ci ildə Su-kanal idarəsi tərəfindən Gədəbəy şəhərində 2339, Pərizamanlı kəndində isə 89 abonentə xidmət göstərilmişdir. Ötən dövr ərzində “Südlü bulaq” su mənbəyindən 399 min 369 kub metr içməli su götürülmüş və satılmış içməli suya görə 71 min 781 manat vəsait toplanaraq plana 107,6 faiz əməl olumuşdur. Hal-hazırda şəhərin Heydər Əliyev prospektində Su-kanal idarəsi üçün yeni inzibati binanın və yay aylarında xüsusilə yağıntı olmayan dövrdə fasiləsiz su təminatı üçün Plankənd kəndi ərazisində yeni su xəttinin tikintisi davam etdirilir. 
Ötən ildə də Gədəbəy rayonunda yol infrastrukturunun qurulması ilə bağlı layihələr davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən 29 km uzunluğunda Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi başa çatmışdır. Bununla yanaşı Çalburun kəndində Qarıkənd-Miskinli-Çalburun avtomobil yolu üzərindəki körpünün tikintisi davam etdirilmiş, Gədəbəy-Qızıltorpaq-Qonaqlı və Qarıkənd-Miskinli-Çalburun avtomobil yollarında  təmir işləri aparılmış, Gərgər-Şəkərbəy avtomobil yolu üzrəində sel-suları nəticəsində sıradan çıxmış suötürücü borular bərpa edilmişdir.Qış mövsümündə hərəkətin intensivliyinn təmin edilməsi və sürüşkənliyə qarşı mübarizə məqsədilə texniki duz və qum qarışığı tədarük edilmişdir.Hesabat ilində rayonda təhsilin inkişafı, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilmiş, bu sahənin inkişafı və keyfiyyət göstəricilərinin yüksədilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Rayonun 83 ümumtəhsil məktəblərində 10516 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1530 nəfər pedaqoji işçi məşğul olmuşdur. 2017-2018-ci tədris ilində məktəbin 11-ci sinifini 731 nəfər bitirmiş, onlardan 368 nəfəri və ya 50,3 faizi ali məktəblər qəbul olunmaq üçün sənəd vermiş və 228 nəfər ali məktəblərə qəbul olunmuşdur. Qəbul olanlar məzunların 31,2 faizini, sənəd verənlərin isə 62,0 faizini təşkil etmişdir. Ali məktəblərə qəbul olanların 54 nəfəri 500-dən, 24 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

İl ərzində şagirdlərin biliklərinin yoxlanılması məqsədilə fənn olimpiadaları keçirilmiş, eyni zamanda qaliblərin zona və respublika turunda iştirakı təmin olunmuşdur. Böyük Qaramurad kənd tam orta məktəbinin şagirdi respublika turunda 3-cü yeri tutmuşdur.
Hesabat ilində Talakənd, Dördlər və Əyrivəng kəndlərində 40 şagird yerlik modul tipli məktəblər, Miskinli kəndində 60 yerlik körpələr evi uşaq bağçası yenidən tikilimiş, 15 yerlik Samanlıq kənd körpələr evi uşaq bağçası əsaslı təmir olunmuşdur.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə gedən inkişafla tanış olmaları məqsədilə məktəblilərin “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın regionlarına səfərləri təşkil edilmiş və rayon məktəbliləri hesabat ilində Qəbələ, Şəki, Zaqatala, Lənkəran, Masallı və Astara rayonlarında səfərdə olmuşlar.
Rayonda əhaliyə 121 çarpayılıq Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanası, 5 kənd xəstəxanası, 19 həkim, 25 tibb məntəqəsi, Gigiyena və epidemiologiya mərkəzi tərəfindən tibbi xidmət göstərilir. 2018-ci ildə rayonda 943 uşaq doğulmuş, bir yaşa qədər 3 uşaq ölümü baş vermiş, ana ölümü qeydə alınmamışdır.Hesabat dövrü ərzində mərkəzi rayon xəstəxanasında dispanser qeydiyyatında 214 bronxial astma (ötən ildən 30 xəstə çox), 1677 şəkərli diabet (ötən ildən 105 xəstə çox), 403 onkoloji xəstə (ötən ildən 54 xəstə çox) qeydiyyatdadır və onlar güzəştli dərmanlarla təmin olunurlar.
Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq 10 fevral 2018-ci il tarixdən 01 may 2018-ci il tarixədək Gədəbəy rayonunda əhalinin tibbi müayinəsi ilə bağlı humanitar aksiya keçirilmiş və əhalinin 67 min 480 nəfəri və ya 67,7 %-i tibbi müayinədən keçmişdir. Müayinədən keçənlərin 52304 nəfəri və ya 77,5 faizi sağlam olduğu aşkar edilmiş, 14990 nəfəri və ya 22,2 faizi  ambulator, 89 nəfəri və ya 0,1 faizi stasionar müalicəyə cəlb edilmiş, 97 nəfər və ya 0,2 faizi  isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 16 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.
Gigiyena və epidemilogiya mərkəzi tərəfindən rayonda fəaliyyət göstərən səhiyyə müəssisələri vərəm, hepatit B“, göy öskürək, tetanus, qızılca və s. xəstəliklərə qarşı peyvəndlərlə təmin edilmiş, azyaşlı uşaqlar arasında peyvənd işləri aparılmışdır. Ötən dövr ərzində 37 nəfər vərəm, 4 nəfər brüselyozlu xəstə aşkar olunmuş, hər bir infeksion xəstəlik profilinə uyğun müalicə edilmiş, infeksiya mənbəyində profilaktik dezinfeksiya işi aparılmış, nəticədə təkrar xəstələnmə halları aşkar edilməmişdir.
2018-ci il ərzində tarixi günlərin, dövlət və milli bayramların, mədəni-kütləvi tədbirlərin qeyd edilməsi, diqqət mərkəzində saxlanılmışdır. 9 noyabr-Dövlət bayrağı günü münasibətilə əmək kollektivlərinin və ictimaiyyət nümayəndlərinin iştirakı ilə yürüş təşkil olunmuş və bu yürüşdə 3000-dən çox rayon sakini iştirak etmişdir.Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilərin, Qarabağ müharibəsi əlillərinin, şəhid və aztəminatlı ailələrin uşaqları üçün hər gün 3 seans olmaqla 2 gün ərzində tamaşa göstərilmiş və hədiyyələr verilmişdir.
Gənclərlə iş və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətənə məhəbbət hissinin aşılanması, xalqla ordu arasında vəhdətin yaradılması və bu birliyin möhkəmləndirilməsi məqsədi ilə təbliğat işləri mütamadi olaraq aparılmışdır. Gənclər və İdman İdarəsi ilə birgə “Şahin” hərbi-idman, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, rayonun daha çox şagird kontingenti olan məktəblərində “Sosial şəbəkələr və biz” mövzusunda təlimlər keçirilmiş, rayon idmançıları müxtəlif rayonlarda təşkil olunmuş idman yarışlarında iştirak etmişlər. Taekvando idman növü üzrə 24-25 noyabr tarixlərində Göyçay rayon açıq birinciliyinə 11 idmançı ilə qatılan rayon komandası 1 qızıl, 2 gümüş, 7 bürünc, 26-28 dekabr tarixlərində böyüklər arasında Bakı şəhərində keçirilən Respublika çempionatında iştirak etmiş 5 idmançıdan ikisi 80 kq və 87 kq çəkidə gümüş medal qazanmışlar.
Hesabat dövründə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən tapşırığa əməl edilərək 329 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir. Rayon ərazisində dövlət orqanlarında çalışan işçilər və fəaliyyət göstərən iş adamları tərəfindən Silahlı Qüvvələrin Yardım Fonduna 38 min 652,43 manat vəsait köçürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 1683,72 manat və ya 4,5 faiz çoxdur.
Ötən ildə Gədəbəy rayonunda ekoloji tədbirlərin keçirilməsi davam etdirilmişdir. Turizm imkanları geniş olan rayonda yaşıllaşdırma və ağacəkmə kompaniyaları ənənəvi hal almışdır. İl ərzində rayonun bütün yaşayış məntəqələrində o, cümlədən magistral avtomobil yollarının kənarlarında 10 min-dən çox müxtəlif növ ağaclar əkilmiş və onların qorunması üçün mühafizə zolaqları çəkilmişdir. Eyni zamanda rayonun bütün yaşayış məntəqələrində uzun illərdən bəri yığılıb qalmış məişət tullantılarının daşınması və zərərsizləşdirlməsi məqsədilə mütamadi olaraq iməcliklər təşkil edilmiş, rayonun Slavyaka, Novosaratovka, Çanaqçı, Xarxar, Nərimankənd və Zəhmətkənd kəndlərində tullantıların mərkəzləşmiş qaydada daşınması və idarə edilməsi üçün avtomobillə xidmət yaradılmışdır.
Hesabat ili ərzində rayon üzrə 12-si yaşayış evi olmaqla cəmi 54 yanğın hadisəsi qeydə alınmışdır. Təssüflə qeyd edim ki, yanğın hadisəsi baş vermiş yaşayış evlərinin sığorta edilməməsi səbəbindən heç birinə dəymiş ziyana görə vəsait ödənilməsi mümkün olmamışdır. Aparılan zəif təbliğatın nəticəsidir ki, Gədəbəy rayon Sığorta filialı tərəfindən daşınmaz əmlakın və digər növ sığortanın aparılması üzrə plan tapşırığa 46,8 min manat az və ya 47,9 faiz əməl olunmuşdur. Ötən illə müayisədə bağlanmış müqavilələrin sayı 133 ədəd, tədiyyə toplanışı isə 11313 manat azalmışdır.
2018-ci ildə ASAN xidmətin səyyar avtobusu tərəfindən 07-31 iyul tarixlərində rayonda 2263 vətəndaşa xidmət göstərilmişdir
Gədəbəy  rayon hüquq-mühafizə orqanları cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və  hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində öz fəaliyyətlərini Azərbaycan Republikasının qanunlarının tələbləri səviyyəsində qurmuşdur.2018-ci il ərzində qeydə alınmış cinayətlərin sayı 99 olmuşdur ki, bu da ötən illə müqayisədə 20 vahid və ya 25,3 faiz çoxdur. Bu hadisələrin 50-i böyük ictimai təhlükə törətəməyən, 34-ü az ağır, 12-i ağır və 2-si xüsusilə ağır cinayət olmuş, qeydə alınmış hadisələrin 86-nın açılması təmin olunmuşdur
2018-ci il ərzində RİH Başçısı Aparatında vətəndaşların şikayətlərinə baxılması və onların qəbulu diqqətdə saxlanılmış, hər həftə rayonun bir nümayəndəliyində əhali ilə görüşlərin və vətəndaşların qəbul edilməsi praktikası davam etdirilmiş, vətəndaşların qaldırdıqları problemlərin böyük əksəriyyəti yerində həll edilmişdir. Hesabat ili ərzində RİH Başçısı tərəfindən yerlərdə 49 səyyari görüş keçirilmiş və bu görüşlərdə 5972 nəfər iştirak etmiş, vətəndaşlar tərəfindən 196 təklif irəli sürülmüşdür.
2018-ci ildə RİH Başçısı Aparatına 1131 təklif, ərizə və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 113 ədəd və ya 11,1 faiz çoxdur. Daxil olmuş müraciətlərin 433-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından (ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 ədəd və ya 13,2 faiz az), o cümlədən 15 ədədi nəzarətlə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 ədəd və ya 31,8 faiz az), 13-ü Azərbaycan Respublikası Milli Məclisindən (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ədəd və ya 7,1 faiz az), 17-i Azərbaycan Respublikası Nazirlər Kabinetindən (ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 ədəd və ya 7,5 dəfə çox), 25-i respublikanın digər mərkəzi orqanlarından, 643-ü RİH Başçısının ünvanına (ötən ilin müvafiq dövrü ilə müqayisədə 165 ədəd və ya 34,5 faiz çox) daxil olmuşdur. Müraciətlərin 1081-i (95,5 faizi) ərizə, 46-ı (4,0 faizi) şikayət, 4-ü təklif olmuş, müraciətlər nəzarət qaydasında icra edilərək, 316-ı və ya 28 faizi müsbət həll olunmuş, 542-nə və ya 48 faizinə müvafiq izahatlar verilmiş, 271-i və ya 24 faizi əsassız sayılmışdır.İl ərzində Rayon İcra Hakimiyyətində 6654 nəfər qəbul edilmiş, onlardan 4223 nəfəri RİH başçısının qəbulunda olmuşdur.
Müraciətlərdə məhkəmə qərarlarının icrası, ünvanlı sosial yardım, torpaq məsələləri üzrə şikayətlər üstünlük təşkil etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı yanında keçirilən 23 Şura iclasında 49 məsələ müzakirə olunmuşdur.
İlin yekunları ilə bağlı rayonun bir şəhər və 46 kənd İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda 5433 nəfər vətəndaş iştirak etmişdir. Hesabat yığıncaqlarında mövcud problemlər, çatışmazlıqlar və təkliflərlə bağlı çıxış edən 220 vətəndaş tərəfindən 205 təklif irəli sürülmüşdür ki, bu təkliflərin 43-ü ərazidəki istifadəyə yararsız elektrik dayaqlarının və naqillərinin  dəyişdirilməsi, 22-i yeni EATS-lərin quraşdırılması, poçt şöbəsinin açılması və binaların tikilməsi, 20-i məktəb binasının tikilməsi və təmiri, 18-i ərazidə səhiyyə obyektlərinin tikilməsi və əsaslı təmiri, 17-i mədəniyyət evlərinin yaradılması, əsaslı təmiri və yenidən tikilməsi, 15-i qazla təchizat, 11-i körpü və keçidin tikilməsi və təmiri, 11-i kəndarası yolların təmiri, 48-i isə digər məsələlər üzrə olmuşdur. Ötən il vətəndaşlar tərəfindən qaldırılan bu məsələlərin həlli ilə bağlı bütün təkliflər araşdırılaraq ,müvafiq tədbirlər planı hazırlanmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi mötəbər tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə fəaliyyətimizin əsas qayəsini təşkil etmişdir. İlk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilmiş, onlar diqqətlə dinlənilmiş, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilmişdir. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirmiş, vətəndaş məmnunluğunu yüksəltmişdir. Bu yöndə əsaslı və ciddi tədbirlərimiz davam etdirilir.

Hörmətli yığıncaq iştirakçıları !
Dövlətimizin inkişafında hər birimizin vətəndaş məsuliyyətimiz var.Bu fürsətdən yararlanıb əməli fəaliyyəti ilə dövlətimizin inkişafına töhvə verən Gədəbəy ziyalılarına, gənclərimizə, ağsaqqalara, şəhid ailələrinə və müharibə iştirakçılarına, din xadimlərinə xüsusi təşəkkürümü və dərin ehtiramımı bildirirəm.

Hörmətli yığıncaq iştirakçıları !
Gədəbəy rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır. 
İcazə verin Sizi əmin edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönə-dönə bəyan etdiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”, fikri bundan sonra da rayon icra hakimiyyəti başda olmaqla yerli dövlət hakimiyyəti orqanlarının fəaliyyət hədəfini təşkil edəcəkdir.

Keçidlər