Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Arıqdam kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.

26 dekabr 2018 | 16:00

Qəbulda idarə, müəssisə, təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq sakinləri qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, sonra vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində operativ addımların atılması olduğunu qeyd edib. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən RİH başçısı vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənd ərazisində nasaz elektrik dirəklərinin yenisi ilə əvəz olunması, kəndarası yolların təmir edilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər. Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli üçün elə yerindəcə tapşırıqlar verilmiş və digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.

Keçidlər