Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda ənənəvi hal alan, Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.

05 dekabr 2018 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin yerli sakinlər ilə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb.
RİH başçısının növbəti səyyar görüşü rayonun Gərgər kəndində keçirilmişdir. Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, kənd sakinlərini salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, keçirilən bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Prezident İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət dayanır. Rayon rəhbəri dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Gədəbəy rayonunda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən hər zaman kənd sakinlərinin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin istəyini, mövqeyini hər şeydən üstün tutduğunu bildirib. Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, kəndə təbbi qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər. Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.
RİH başçısı görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.

Keçidlər