Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 21-də Gədəbəy Rayonunda YAP-ın yaranmasının 26 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

21 noyabr 2018 | 16:00

Noyabrın 21-də Gədəbəy Rayonunda YAP-ın yaranmasının 26 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları, rayon mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı qeyd etmişdir ki, biz çöx böyük məmnunluqla bu gün partiyamızın yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevi sonsuz bir ehtiramla yad edirik. 26 il bundan əvvəl çox çətin və ağır bir şəraitdə o bu partiyanı yaratdı və bu partiya xalqın qarşısında öz xidmətlərini göstərə bildi. Bu gün biz burada 26 illik dövrə nəzər salırıq. Ancaq bu illər içərisində bizim partiyamızın tarixinin ən mühüm və ən əhəmiyyətli hissəsi onun yaranma dövrü olmuşdur. Yarandığı gündən bəri partiyamız çox böyük uğurlara imza atmışdır. Bu gün Azərbaycan dövləti çox möhkəmdir. Azərbaycan dövləti bundan sonra da müstəqil, sərbəst daxili və xarici siyasət aparmağa qadirdir. Azərbaycanın dövlət müstəqilliyi, daxili ictimai-siyasi sabitliyi günü-gündən möhkəmlənir. Bizim qarşımızda duran vəzifə ondan ibarətdir ki, hər birimiz respublikamızın bu böyük məqsədlərinin həyata keçirilməsinə kömək edək, öz töhfəmizi verək. Ona görə biz hamımız Azərbaycan Prezidenti, zati-aliləri cənab İlham Əliyevin ətrafında, onun başçılıq etdiyi Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməli və inamla qarşıdakı böyük məqsədlərə doğru irəliləməliyik. Son illərdə Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətin, qəbul edilmiş böyük dövlət proqramlarının yerinə yetirilməsinin, bütün region ölkələrində və beynəlxalq aləmdə heyrət doğuran böyük iqtisadi sıçrayışın təhlili göstərir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı özlərinin Ulu Öndərimiz Heydər Əliyevin xəttinə, Heydər Əliyev şəxsiyyətinə və siyasətinə sədaqətdə dönməz və yenilməzdirlər.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev partiyamızın tarixi və onun keçdiyi şərəfli yol barədə danışımış, qeyd etmişdir ki, xalqın Ümummilli liderə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi.Ümummilli liderimizin nüfuzu, azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad, Yeni Azərbaycan Partiyasının qısa müddətdə təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərinin yaranmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdi. Sonda tədbir konsert proqramı ilə yekunlaşdı.

Keçidlər