Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.

31 oktyabr 2018 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, idarə, müəssisə, təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində operativ kompleks addımların atılması olduğunu qeyd edib. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən RİH başçısı vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənd ərazisində nasaz elektrik dirəklərinin yenisi ilə əvəz olunması, kənd tibb məntəqəsinə ixtisaslı kadr təyin olunması, kəndin ərazisində yerləşən keçid körpünün təmir olunması və Şəkərbəy kəndinə təbbi qaz xəttinin çəkilməsi barədə müraciətlər etmişlər. Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün elə yerindəcə tapşırıqlar verilmiş və digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.
Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər

Keçidlər