Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

01 oktyabr 2018 | 16:00

Gədəbəy rayonunda Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.Oktyabrın 1-də Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə  gül çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı  İbrahim Mustafayev açmış və qeyd etmişdir ki, 1 oktyabr  Azərbaycan Respublikasında  Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu bayramın 1 oktyabr tarixində qeyd olunmasının tarixi kökləri vardır. Belə ki, Azərbaycan Xalq Cümhüriyyəti Nazirlər Şurasının 1 oktyabr  1918-ci il tarixli qərarı ilə Prokurorluq orqanları fəaliyyətə başlamışdır.  Azərbaycan Prokurorluğu həm Sovetlər dönəmində, həm də müstəqillik illərində çətin və şərəfli bir yol keçmişdir. Dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquq və azadlıqlarının  qorunması sahəsində əvəzsiz xidmətlər göstərmişdir.  Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə “1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis edilmiş və həmin vaxtdan etibarən bu gün prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.  Bu il  həm də prokurorluq orqanlarının fəaliyyətə başlamasının 100 illik yubileyidir.Sonra prokurorluq orqanlarının yaradılmasının 100 illiyi münasibəti ilə Gədəbəy Rayon Prokuroru, baş ədliyyə müşaviri Allahverdi Səfərov çıxış etmişdir. A. Səfərov prokurorluq orqanlarının fəaliyyətindən, 100 il ərzində keçdiyi şərəfli yoldan danışmış və onların əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.Daha sonra çıxış edən digər tədbir iştirakçıları da prokurorluq orqanlarının əməkdaşlarına yubley və peşə bayramı münasibətilə təbriklərini çatdırmışlar.Sonda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyi münasibəti ilə prokurorluq işçilərini təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır

Keçidlər