Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü silsilə tədbirlərlə geniş qeyd olunmuşdur.

26 may 2018 | 16:00

Gədəbəy rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü silsilə tədbirlərlə geniş qeyd olunmuşdur. Tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində, idarə və müəssisələrdə dəyirmi masalar, diskusiyalar, inşa yazı müsabiqələri və müxtəlif idman yarışları keçirilmişdir. Yekun olaraq rayon mədəniyyət mərkəzində geniş tərkibdə bayram tədbiri qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində  ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Bayram tədbiri açıq elan olunduqdan sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov 28 May – Respublika günü münasibətilə xalqımızı və rayon ictimaiyyətini təbrik edərək  ölkəmizə sülh, əmin-amanlq, iqtisadi tərəqqi arzulamışdır. Düz 100 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə Dövlət müstəqilliyinin rəmzi olan 3 rəngli bayrağımız qaldırıldı. Bununla da, Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Azərbaycan Xalq Cumhuriyyəti şərqdə ilk demokratik müstəqil dövlət kimi tanındı. Bu gün də xalqımız özünün istiqlal bayramının parlaq səhfəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir. 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut etmişdir. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, əsas dövlət insitututları məhz həmin dövrdə yaranmışdır. Bu günkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir,  əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Keçidlər