Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Ərtəpə kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.

23 may 2018 | 16:00

Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu  rayonun Ərtəpə kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.Tədbirdə rayonun   xidmət və digər təşkilat rəhbləri, kənd sakinləri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Yediyarov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən,  rayonunun mərkəzində və digər kəndlərdə görülmüş işlər barədə kənd sakinlərinə məlumat verdi. Görüş zamanı kənd sakinlərindən çıxış edərək  ölkəmizdə və rayonda görülən işlərə görə həmdə onların problemlərinin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə Ölkə prezidenti cənab İlham Əliyevə və RİH başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər