Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 1941-1945-ci iilər Böyük Vətən Müharibəsinə həsr olunmuş tədbir keçirildi.

06 may 2016 | 16:00

    Tədbirdə rayon İcra Hakimiyyəti  başçısı aparatının işçiləri, müharibə veteranları, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar iştirak edirdilər.   Tədbir Gədəbəy rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarovun Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsini, Milli Qəhrəman İlham Əliyev, Milli Qəhrəman  Məzahir Rüstəmov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin xatirəsini ziyarət etməsi ilə başlanıldı. Sonra  1941-1945-ci iilər Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə  ucaldılmış  “Ana Abidəsini” ziyarət edildi. Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğını xüsusi olaraq vurğuladı. Tədbirdə müharibə veteranları çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevə müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.  

Keçidlər