Şriftin ölçüsü :

Saytın rəngi :

21 aprel 2016-cı il tarixdə Gədəbəy rayonunda “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilmişdir.

22 aprel 2016 | 16:00

Yarışda Gəncə və Mingəçevir şəhərləri, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl, Qazax, Daşkəsən və Kəlbəcər rayonlarının komandaları olmaqla, ümumilikdə 200 nəfərdən çox məktəbli, müəllim və nümayəndə iştirak etmişdir.
Zona birinciliyində ümumi xal hesabı ilə Şəmkir rayonun komandası I yer, Mingəçevir şəhərinin komandası II yer, Samux rayonunun komandası isə III yeri tutmuşdur. Qalib komandalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müvafiq diplomları və I yer tutmuş komanda isə Gədəbəy rayon Gənclər və İdman İdarəsinin kuboku ilə mükafatlandırılmışdır.

Keçidlər