Şriftin ölçüsü :

Saytın rəngi :

16 noyabr 2015-ci il tarixdə səhər saat 07:30 da Gədəbəy rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur aksiyasına yola salındılar.

16 noyabr 2015 | 16:00

Tur aksiya iştirakçılarını   Gədəbəy-Lənkəran-Lerik-Astara  marşurutu istiqamətində yola salmaq üçün Gədəbəy rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, müəllimlər və valideynlər   Heydər Əliyev adna olan Mədəniyyət və istirahət parkının önünə   toplaşdılar.
  Təhsil şöbəsinin müdiri Baxış Nağıyev çıxış edərək  gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.  Əvvəlki aksiyalarda iştirak edən şagirdlərin zəngin və xoş təsüratlar ilə döndüklərini qeyd edərək bu səfərində çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı.
Bu şəraiti yaratdığına görə şagirdlər də dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Yola düşən gənclərimiz Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə güllər düzdülər, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla müvafiq marşrut istiqamətində yola düşdülər.

Keçidlər