Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə milli qəhrəmanlarımıza həsr olunmuş “Ölümə qənşər” sənədli filminin təqdimatı keçirildi.

26 avqust 2015 | 15:00

Bu gün Gədəbəy rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə  Azərbaycanın milli qəhrəmanlarının həyat və döyüş yolundan bəhs edən “Ölümə qənşər” adlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində dövlət qurumlarının rəhbərləri, hərbiçilər, polis əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sonda tədbir iştirakçıları filmin yaradıcı heyətinə təşəkkürlərini bildiriblər, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıblar. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasında bu cür filmlərin çox böyük əhəmiyyəti olduğunu qeyd ediblər.

Keçidlər