Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbul rayonun Çaldaş kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.

20 avqust 2015 | 15:00

Cəbhə bölgəsində yerləşən Gədəbəy rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.

Belə görüşlərdən biri də avqustun 19-da   keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bildirdi ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin  həlli istiqamətində isə  aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər