Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

04 aprel 2015 | 15:00

04 aprel 2015-ci il tarixdə IDEA İctimai Birliyi tərəfindən “Ümumrespublika Yaşıllaşdırma” – marafonu çərçivəsində Gədəbəy rayonunda növbəti iməcilik keçirilib. Qeyd edək ki, Aksiyada Rayon İcra Hakimiyyəti başçısı Ramiz Yediyarov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və idarə-müəssisə, təşkilatlarının kollektivləri ilə yanaşı, sakinlər də həvəslə iştirak etmişlər. Təxminən 800  nəfərdən artıq şəxsin iştirak etdiyi iməcilik zamanı müəyyən edilmiş ərazilərdə səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb və bu günədək 6500 -dən artıq  şam və digər növ ağaclar əkilib. Təzə əkilən ağaclar suvarılıb, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilib. Qeyd edək ki, ağaç əkmə aksiyası hələ davam etdirilir.

Keçidlər