Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK-nın sədri Məleykə Abbaszadə Gədəbəy rayonunda vətəndaşlarla görüş keçirib

18 mart 2015 | 16:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 18-də Gədəbəy rayonunda vətəndaşlarla görüş keçirib.
Görüşdən öncə TQDK sədri Məleykə Abbaszadə Ulu Öndər Heydər Əliyevin Gədəbəy abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb.
Qəbulda Gədəbəy rayonunun sakinləri ilə yanaşı Gəncə, Şəmkir, Samux və Daşkəsən rayon sakinləri də iştirak ediblər.
Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi, əlavə təhsil, 2015-ci ildə TQDK tərəfindən keçiriləcək imtahanlarla bağlı müraciətlər ediblər.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara ünvanlanacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.

Keçidlər