Şriftin ölçüsü :

Saytın rəngi :

11 mart 2015-ci il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarovun növbəti səyyari görüşü rayonun Gərgər kəndində keçirilmişdir.

11 mart 2015 | 16:00

Görüşdə, hüquq mühafizə orqanları və xidmət  təşkilatlarının rəhbərləri, RİH başçısının Gərgər kənd İƏD üzrə nümayəndəsi, bələdiyyə sədri və kənd əhalisi iştirak etdi. Gədəbəy  rayonu İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov çıxışında  Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan, rayonda əhalinin sosial  rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən bəhs etdi. RİH başçısı hazırda tikintisi davam etdirilən obyektlər    və gələcəkdə inkişafı nəzərdə tutulan layihələr barədə geniş məruzə ilə çıxış etdi.  Bütün bu işlərin  ölkə başçısının  vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü olduğu vurğulandı.  RİH başçısı bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiqdir. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında günü-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir . Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı orqanlara lazımi göstəriş  verdi.

Keçidlər