Şriftin ölçüsü :

Saytın rəngi :

25-yanvar 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov rayonun sərhəd kəndlərindən olan Göyəlli kəndində Şınıx bölgəsinin əhalisi ilə görüşdə olmuşdur.

25 yanvar 2015 | 16:00

Görüşdə Şınıx bölgəsinin  kənd sakinləri,  inzibati ərazi dairəsi üzrə nümayəndələr,  hüquq mühafizə orqanları və xidmət  təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüşdə  Gədəbəy  rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov  Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial  rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən danışmışdır.

Mormor kənd sakini Nağıyev Baxış Nağı oğlu çıxış edərək hərbiçilərimizin ayıqlığından danışaraq, hər zaman onlara arxayın olduqlarını bildirib  Ölkə Prezidenti  Ali Baş komandan Cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Sonra digər vətəndaşlar çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə, cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər