Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Milli Dirçəliş günü təntənə ilə qeyd olundu.

17 noyabr 2014 | 16:00

17 noyabr Milli Dirçəliş günüdür. Bu münasibətlə Gədəbəy rayonunda tədbir keçirilmişdir. Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül düzdülər. Sonra tədbir Mədəniyyət Sarayında davam etdirildi. Tədbirdə  Azərbaycan dövlət himni səsləndikdən sonra giriş sözü ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov çıxış edərək, bildirdi ki, bu gün respublikamızın hər bir yerində olduğu kimi, qeyd etdiyimiz 17 noyabr Milli Dirçəliş günü xalqımızın tarixində bənzəri olmayan hadisələrdən biridir. 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur.  Daha sonra Gədəbəy rayon Prokuroru Allahverdi Səfərov və YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Esmira Şirinova çıxış edərək, bildirdilər ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmışdır. Heç bir qüvvə xalqın əzmini qıra bilmədi. Belə bir ağır vəziyyətdə xalqımızn böyük oğlu, ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyev özünün bütün varlığı ilə vətəninə, öz doğma millətinə bağlı olduğunu bir daha sübut edərək, bu ağır həm də şərəfli missiyanı öz üzərinə götürdü. Bu gün Azərbaycan  gələcəyə inamla baxır. Möhkəm özülü ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev ölkəmizi işıqlı gələcəyə, yeni uğurlara inamla aparır. Sonra tədbir  Uşaq Yaradıcılıq Mərkəzinin gənc istedadlarının və rayon incəsənət nümayəndələrinin ifasında musiqi tövhələri ilə davam etdirildi.

Keçidlər