Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədovun iştirakı ilə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Miskinli kənd mədəniyyət evində kənd sakinlərinin səyyari qəbulu keçirilmişdir.

16 iyul 2014 | 15:00

16 iyul  2014-cü il tarixdə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov Miskinli kənd mədəniyyət evində kənd  sakinləri ilə görüş keçirmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov  və rayonun idarə,  müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. RİH Başçısı  Ramiz Yediyarov  çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla davam etdirilməsindən Miskinli  kəndinə qaz xəttinin çəkilməsini və əraziyə bankomatın qoyulmasını ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi  qiymətləndirildi. Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı orqanlara tapşırıqlar verdi.  Sonda qəbulda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış etdi.
O, bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir. Amma problemlər az da olsa qalır. Belə görüşlərdə məlum olur ki, bəzi hallarda problemlər insanların öz elementar hüquqlarını bilməməsi, respublikada baş verən köklü dəyişikliklər barədə, həyata keçirilən əhəmiyyətli layihələr haqqında  məlumatsızlığı üzündən olur.  Burada su problemindən danışıldı. Bilməlisiniz ki, vətəndaşlarımızın keyfiyyətli içməli su ilə təmin olunması ölkə başçısının diqqətində olan məsələrdəndir və bunun üçün külli miqdarda vəsait tələb edən işlər görülmüşdür və davam etdirilir.
Qaz problemi ilə bağlı deyilənlərə də münasibət bildirən Habil Əzənmədov 2016-ci ilin sonuna kimi bütün respublika ərazisinin qazlaşdırılması işinin başa çatdırılacağını diqqətə çatdırdı, bir zamanlar verilişində problemlər olan, indi isə  tamamilə aradan qaldırılmış elektrik enerjisi kimi qazdan istifadədə də çətinlik yaşanmayacağını vurğuladı.
Səsləndirilən digər məsələlərə də aydınlıq gətirən Habil Əzənmədov kəndlər, onların inkişafı ilə bağlı çoxlu sayda proqramların həyata keçirildiyini, mərhələ-mərhələ reallaşdırılan həmin layihələrin bütün kənd yaşayış yerlərini əhatə edəcəyini vurğuladı.

Keçidlər