Home Contact Phone
background

Xəbərlər

  • Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı...

    Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun sərhəd kəndi olan Çay Rəsullu kəndində keçirilmişdir

    2018-10-10

    Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir. Səyyar qəbulda çıxış edən Gədəbəy RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmış və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir. Vətəndaşların müraciətləri dinlənilmiş və onları narahat edən məsələlər yerində araşdırılmışdır. Görüşdə kənd sakinlərinin qaldırdığı problemlər barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

  • Gədəbəy rayonunda  görkəmli yazıçı və ali...

    Gədəbəy rayonunda görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

    2018-10-09

    Oktyabrın 9-da Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Gədəbəy rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə elm xadimi, alim, pedaqoq Mir Cəlal Paşayevin yubiley tədbiri keçirilmişdir.Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev açmış və görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salmışdır.Qeyd etmişdir ki, onun bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib.Bildirmişdir ki, onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və s. bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır. Daha sonra digər tədbir iştirakçılarıda çıxış edərək bildirmişlər ki, Mir Cəlal Paşayevin Gədəbəydə 1928-1929-cu illərdə müəllimlik etmiş, hətta yaşlı adamlara da yazıb-oxumaq öyrətmişdir. Gədəbəydə ilk yeddiillik məktəbin yaranmasında Mir Cəlal Paşayevin böyük rolu olmuşdur.

  • Gədəbəy rayonu “Meh” ailəvi istirahət mə...

    Gədəbəy rayonu “Meh” ailəvi istirahət mərkəzində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi.

    2018-10-05

    Tədbirdə Gədəbəy RİH başçısı cənab İbrahim Mustafayev çıxış edərək 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik etmişdir. RİH başçısı qeyd etmişdir ki, müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə və hal-hazırda müəllim əməyinə yüksək qiymət verilmiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul edilmişdir. Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Sonda təhsildəki yüksək nəticələrinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir neçə müəllim RİH başçısının sərəncamı ilə fəxri fərmanla təltif olunmuşdur.

  • Gədəbəy  rayonunda  9 yaşayış məntəqəsi t...

    Gədəbəy rayonunda 9 yaşayış məntəqəsi təbbi qazla təmin olundu.

    2018-10-03

    Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev iştirak etmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Gədəbəy rayonu da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Əhalinin Həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə davam edən inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır. Bunun da bariz nümunəsidir ki, bu gün 9 kəndə təbii qazın verilməsi təmin olunmuşdur. kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən əhaliyə dövlət qayğısının bariz nümunəsidir. RİH başçısı onu da qeyd etmişdir ki, son illərdə respublikamızda, eləcədə rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür. Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir. Çıxışının sonunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir. Tədbirdə kənd ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər. Sonra rəmzi məşəl alovlandırılmış, və həmin kəndlərə təbii qaz verilmişdir.

  • Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı...

    Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun sərhəd kəndi olan Mormor kəndində keçirilmişdir

    2018-10-03

    Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə yanaşı, İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir. Səyyar qəbulda çıxış edən Gədəbəy RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmış və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir. Vətəndaşların müraciətləri dinlənilmiş və onları narahat edən məsələlər yerində araşdırılmışdır. Görüşdə kənd sakinlərinin qaldırdığı problemlər barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Foto qalereya